Rusiyada heyvanlar üçün mehmanxana sifarişi edilməsi üçün nəzərdə tutulmuş "Zoobooking" xidməti yaradılıb.
Aktual.az-ın lent.az-a istinadən məlumatına görə, təkcə paytaxt Moskvada bu gün 20 belə müəssisə fəaliyyət göstərir.
Heyvanlarla səyahət etmək çox narahat və olduqca baha başa gələndir. Heyvan saxlayanların qohumları və ya tanışları hər zaman müvəqqəti də olsa, dördayaqlıları götürə bilmirlər.
Bütün bunları nəzərə alaraq rusiyalı tərtibatçıların sayəsində bu ölkədə bir neçə gün əvvəl yeni "Zoobooking" onlayn xidmət fəaliyyətə başlayıb. Bu xidmətin köməyi ilə vətəndaşlar öz heyvanları üçün nəzərdə tutulmuş mehmanxanalarda xüsusi yer bron edə bilərlər.
Hazırda bir heyvanlıq belə yerin gündəlik qiyməti 55 rubl (1.10 manat) təşkil edir. Hazırda Moskvada bütün günü xidmət göstərən 20 belə müəssisə fəaliyyətdədir. Yeni onlayn xidmətin sayəsində potensial müştərilər nəinki sifariş və qiymətləri müqayisə edə, həmçinin mehmanxananın təklif etdiyi rahatlıq haqqında məlumat da əldə edə bilərlər.