Heyvanlar tərəfindən meyiti parçalanan şəxs - Avtoritet imiş + Fotolar

Heyvanlar tərəfindən meyiti parçalanan şəxs   - Avtoritet imiş + Fotolar

Bakıda heyvanlar tərəfindən parçalanmış meyiti tapılan şəxslə bağlı maraqlı faktlar məlum olub.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, meyiti tapılan şəxsin kriminal aləmin üzvü olması, xristian dininə mənsubluğu və məhkumluq həyatı yaşadığı ehtimal edilir.

Bu iddiaları meyitin üzərindəki döymələr də təsdiqləyir. APA-nın əldə etdiyi fotolardan aydın görünür ki, onun bədənində xaç, Müqəddəs Məryəmlə İsanın, oğru dünyasının simvollarından sayılan 8 guşəli ulduz və digər işarələrin döymələri, ayağında isə "05 уголовный кодекс" döyməsi var.

Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, heyvanlar meyiti parçaladığı üçün onun üzü tanınmaz hala düşüb. Bu səbəbdən də onun kimliyi müəyyənləşdirmək hələlik mümkün olmayıb. Lakin onun kriminal aləmlə bağlı olması və məhkumluq həyatı yaşaması ehtimalı nəzərə alınaraq Penitensiar Xidmətin bütün Cəzaçəkmə Müəssisələrinə sorğu göndərilib.

Hazırda meyiti tapılan şəxsin kimliyinin və ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. 

Qeyd edək ki, ötən gün paytaxtın Qaradağ rayonu ərazisində sakinlər yol kənarında insan meyitinin itlər tərəfindən parçalandığının şahidi olublar. Dərhal əraziyə polis əməkdaşları çağırılıb.


Hadisə yerinə baxış keçirilərkən meyitin qollarının və ayaqlarının heyvanlar tərəfindən parçalandığı məlum olub.

Xəbər 2352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR