Bu gün Bakının Binəqədi rayonunda yerləşən "Heydər” məscidində zöhr namazı qılındıqdan sonra ulu öndər Heydər Əliyev xatırlanıb, ruhuna dualar oxunub.
Aktual.az-ın Report-a istinadla məlumatına görə, Türkiyənin İstanbul şəhərində törədilən terror aktı nəticəsində şəhid olanların ruhlarına da dualar edilib.
"Namazda İstanbulda terror aktı nəticəsində şəhid olanların ruhuna dualar oxunub. Gün ərzində qılınacaq bütün namazlarda şəhidlərin xatirəsini anılması davam edəcək, onlara Allahdan rəhmət diləniləcək”, - deyə məsciddən bildirilib.
Xatırladaq ki, İstanbulda törədilən terror aktı nəticəsində 44 nəfər şəhid olub. Ölənlərdən 36-sı polis əməkdaşı, 8-i mülki vətəndaşdır.
Terrorun məsuliyyətini terrorçu PKK qruplaşması üzərinə götürüb.
Aktual.az
Xəbər 434 dəfə oxunub.