Mərhum prezident Heydər Əliyevin nadir portreti üzə çıxıb. Hələlik heç yerdə yayımlanmayan bu portret sabiq dövlət başçısının qardaşı, görkəmli fırça ustası, Azərbaycan xalq rəssamı Hüseyn Əliyev tərəfindən çəkilib.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı tanınmış kameraman Mahir Hüseynbəyli verib. Onun sözlərinə görə, portret 1979-81-ci illərdə çəkilib: “Ümummilli lider Heydər Əliyevin portreti təsadüfən əlimə keçib. O, Heydər Əliyevin Azərbaycan Mərkəzi Komitəsinin katibi olan zaman - 1979-81-ci illərdə çəkilib və bu günə qədər heç yerdə də yayımlanmayıb”.