Heydər Əliyevin katib olarkən yaşadığı bina - FOTO

Heydər Əliyevin katib olarkən yaşadığı bina -   FOTO

Ümummilli lider Heydər Əliyevin qızı Sevil Əliyeva ulu öndərlə ailəsinin vaxtilə yaşadıqları mənzilin yerləşdiyi küçənin və binanın fotolarını paylaşıb.

Aktual.az axşam.az-a istinadla xəbər verir ki, S.Əliyeva sosial şəbəkədə qaldıqları evin şəklini yerləşdirərək, orada 1962-1982-ci illərdə yaşadıqlarını qeyd edib. Fotolarda, həmçinin, binanın giriş qapısı, mənzilin eyvanı, Heydər Əliyev və Zərifə Əliyevanın bu binada 1962-82-ci illərdə yaşadıqlarını əks etdirən barelyefləri də görünür.

Xatırladaq ki, Heydər Əliyevin bu binada yaşadığı illər Dövlət Təhlükəsizlik Komitəsində yüksək vəzifədə çalışdığı və Azərbaycanın birinci katibi olduğu dövrə təsadüf edir. 1944-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində fəaliyyətə başlayan Heydər Əliyev 1965-ci ildə DTK sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilib. H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilib.

1969-1982-ci illərdə isə Heydər Əliyev Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini daşıyıb.

Həmin şəkilləri təqdim edirik:

Xəbər 1192 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR