Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Sarayevoda qeyd edilib

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Sarayevoda qeyd edilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyində tədbir keçirilib.
Səfirlikdən Aktual.az-a verilən məlumata görə, tədbir iştirakçıları tərəfindən əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.
Daha sonra Səfir Vilayət Quliyev çıxış edərək Heydər Əliyevin istər Sovet İttifaqı dövründə, istərsə də müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycana rəhbərlik etdiyi zaman ölkədə sabitliyin, iqtisadi inkişafın, enerji strategiyasının əsasının qoyulduğunu və Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndiyini vurğulayıb.
Səfir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkənin davamlı inkişafı naminə əsasını qoyduğu bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Müasir Azərbaycan dövlətinin qurucusu kimi ölkənin əldə etdiyi bütün uğurlarda, torpaqların işğaldan azad edilməsində, Azərbaycanın yalnız regionda deyil, dünya miqyasında nüfuz və etibar qazanmağında Heydər Əliyev şəxsiyyəti və irsinin böyük rolu olduğunu qeyd edib.




Xəbər 522 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR