Həyat yoldaşları nə etməlidir ki, ailə bağları daha möhkəm olsun?

Həyat yoldaşları nə etməlidir ki, ailə bağları daha möhkəm olsun?

Ərlə-arvad nə etməlidir ki, ailə bağları daha möhkəm və daha davamlı olsun? 

Aktual.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislərin bəzi tövsiyələrinə qulaq verək:
- Kişilərə tövsiyəmiz budur ki, bilsinlər ki, əgər həyat yoldaşı ona bir mövzunu bəyan edir və bunun üzərində çox dayanırsa, deməli bu işi sevgi üzündən və ailənizin daha sağlam olması üçün edir.
- Əgər həyat yoldaşları daxillərində olan narazılığını büruzə verməsələr, qəzəb atəşinin şöləsi kimi özünü nəhayət göstərəcəkdir. Lakin əgər tərəflərdən biri o birinə qarşı olan narazılığını bəyan edə bilsə və onun üçün cavab tapsa, daxilindəki təzyiqlər yatar. Kişilər gərək dərk etsinlər ki, xanımlarının narazılıqları onların şəxsiyətinə edilən hücum deyildir.
- Kişilər həmçinin gərək çalışmasınlar ki, bir həll yolu göstərək, mövzuya sön qoysunlar. Bir qadın üçün çox mühümdür ki, əri onun gileylərinə qulaq assın. Yaranan mövzu haqqında həmrəylik etsin. Tez bir həll yolu göstərmək o deməkdir ki, xanımın hisslərini görməməzliyə vurursan.
- Kişilərinn əsl çətinliyi ondandır ki, həyat yoldaşlarının gileylərinə qarşı şiddətli əks-reaksiya verərlər. Qadın da çalışmalıdır ki, kişinin şəxsiyyətini hücum altında qoymasın. Bu iş davanı şiddətləndirməkdən başqa bir şey deyildir. Qadınlar öz tənqidlərini daha mehriban və eşqlə bəyan etsələr, müsbət nəticə ala bilərlər.
- Bəhs edən zaman adətən müvəffəq insanlar çalışır ki, mövzunu düzgün yola yönləndirsin. Bu əməl tormoza bənzəyir ki, gərginliklərə son verir. Həmçinin hər iki tərəfə düşünmək üçün fürsət verir.
- Ailəni qorumağın yolu qadınla kişi münaqişələrinin mövzuları üzərində diqqəti toplamaqla deyildir. Əslində hər iki tərəfdə müştərək sevgi hisslərini inkişaf etdirmək çox mühümdür. Bu zaman davaların həll edilməsi çox asan olacaqdır. Bu cür rəftarlara qulaq asmağı bacarmaq, həmdərdlik, hüzur verə bilmək kimi rəftarlar daxildir.
- Kişi və qadının ailə həyatında öyrənməli olduğu məharətlərdən biri də budur ki, öz pərişan və nigaran edən hisslərinə təskinlik versinlər. Yəni, hissləri tüğyan edən zaman güzəşt etməyi və bağışlamağı bacarsınlar.
- Söhbət müdafiə xarakteri daşımamalıdır. Başqasının sözünə qulaq asmaq elə bir məharətdir ki, ərlə-arvadın bağlarını möhkəm edər. Bu zaman tərəflərdən biri o birisinə həmdərdlik etsə daha faydalı nəticələr ala bilər. Eşq və ehtiram hər cür düşmənçiliyi aradan qaldıra bilər. Ona görə də həm ər və həm də xanım qarşı tərəfi sevməli və ona ehtiram qoymalıdır. Bu əməl ailə bağlarını möhkəm edər.

Xəbər 865 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR