Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fərhad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, F. Hüseynov 1 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyulunda Bakının Xəzər rayonunda baş verib. Şüvəlan qəsəbə sakini, 1972-ci il təvəllüdlü Fərhad Hüseynov həyat yoldaşı, 1971-cı il təvəllüdlü Rəna Hüseynovanı bıçaqlayıb. Rəna Hüseynova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Onun xilas etmək mümkün olub. Hadisə ailə münaqişəsi zəminində baş verib. Hadisəni törədən Fərhad Hüseynov həbs edilib.
Aktual.az
Xəbər 1017 dəfə oxunub.