"Həyat yoldaşıma dedim ki, ya mən, ya..."


Əməkdar artist Əkbər Əlizadə özü ilə bağlı maraqlı etiraf edib. 

Aktual.az axşam.az-a istinadən xəbər verir ki, aktyor çox qısqanc olduğunu və həyat yoldaşını çalışmağa qoymadığını bildirib:

“Anam qısqanc xanım idi. Atam musiqi sahəsində çalışırdı. Anam onu məclislərə qoymurdu ki, orda qadın musiqiçilər var. Atam da ona görə sənəti atdı. Mənə də qısqanclıq anamdan keçib. Xanımım üçün eyni hərəkəti etdim. Həyat yoldaşım Musiqi Akademiyasın bitirib. Xuraman Qasımovanın tələbəsi olub. Gözəl səsi var idi. Ailə quranda onunla şərt kəsdim: ya sənət, ya ailə. Əgər sənəti davam etdirsəydi, indi bəlkə xalq artisti olmuşdu".
 
Xəbər 896 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR