Həyat haqqında düşüncələrinizi dəyişəcək 10 təsirli film

Həyat haqqında düşüncələrinizi dəyişəcək 10 təsirli film

Hər bir film izləyicilərə fərqli təsir göstərə bilər. Bəzi filmlər bizdə həyəcan, sevinc hissi yaratdığı halda, digərləri kədərləndirir, qorxu kimi hisslərə bais olur. Lakin elə filmlər də var ki, onların bizə çatdırmaq istədiyi güclü mesajlar mövcuddur. 
 
Pahoo.az sizə həmin filmlərdən bəhs edəcək. Növbəti siyahıda olan filmlər sizi bir çox şeyi yenidən nəzərdən keçirməyə sövq edəcək.
 
The Matrix
Bu film haqqında eşitməyən insan çox az olar. Keany Reevesin baş rolunu ifa etdiyi filmdə bütün reallıq anlayışımız mühakimə edilir və bizə alternativlərin olduğu göstərilir. Sistemin bizə yetirdiyi reallıqların sorğulandığı bu filmdə seçimlərimizə təsir edən faktorlar mükəmməl formada təsvir edilib.
 
Donnie Darko
Richard Kellinin klassik kult hesab edilən bu filmini xüsusi edən şey əsərdə bir meçə reallıq və kainatın mövcud olmasıdır. Film paralel dünyalar konseptlərinin dərinliyinə enir və meydana çox maraqlı bir iş çıxır. Tənhalıq, qəriblik və bəşəri arzuların sizə ən yaxşı formada çatdırılacağı bu filmə baxmağı unutmayın. 
 
Waking Life
Bu absurd, insanın düşüncələrini yerindən olan filmin mərkəzində dayanan suallar bunlardır: Reallıq və xəyallar, həqiqi dünya və yuxu arasında sərhəd harada çəkilib? Nədir reallıq? Bəs real olmayan şeyləri necə müəyyən edək? Hər obraz bu suala elmi və fəlsəfi aspektlərdən yanaşaraq, bizə maraqlı cavablar çatdırmağa çalışır. 
 
Cloud Atlas
6 fərqli hekayəni bizə çatdıran bu film bizə bir fərdin etdiklərinin başqalarının həyatına necə təsir göstərdiyini çox dərin mesajlarla çatdırmağa nail olur. Keçmiş, bu gün və gələcəkdə mövcud olan karma ideyası və karma dairəsi bütün bəşər övladlarına təsir edir və nəticədə onlar arasında qırılmaz bir bağ yaranır. 
 
Spring, Summer, Fall, Winter, and Spring
Koreya istehsalı olan bu filmi ən dəyərli fəlsəfə kitabları ilə qarşılaşdırmaq olar. Buddist bir rahib və onun tələbəsinin həyatından bəhs edən filmdə insan həyatının təkrarlanan əhvalatı təsvir edilmişdir. Biz həyatımızın müxtəlif mərhələlərində eyni səhvləri edir və həmin səhvlərdən dərs çıxardığımız halda, müdriklik yoluna addım atmış oluruq. 
 
Samsara
Şərq inanclarına görə Samsara sözü mütəmadi cərəyan, daimi axın mənasını verir. Bu konseptdən yola çıxaraq, ekranlaşdırılan filmdə də biz daima dəyişən vizual görüntülər, ideyalar, insanın həyatı və ölümü arasında baş verənlər və insanın bu təcrübəsinə tam fərqli perspektivdəb baxış görürük. 
 
Detachment
Detachment filmində bir ay ərzində müxtəlif məktəb müəllimləri, idarə heyəti və tələbələrin həyatında baş verənlərə Henry Barthes adlı müəllimin gözü ilə baxırıq. Həyatına fərqli nöqtələrdən çox böyük təsir etmiş üç qadının yenidən peyda olması ilə öz tələbələrinə göstərdiyi fərqli təsirdə fasilə yaranan müəllimin başına gələnlər və həyata ümumi münasibəti sizdə dərin izlər qoyacaq. 
 
Fight Club
Bu siyahı Döyüş Klubu filmi olmadan bütöv ola bilməzdi. Getdikcə daha çox istehlakçı və maddiyyatçı olan bu dünya üçün ən aktual filmlərdən biri olaraq qalır. Biz əşyalarımızdan ibarət olmağa başlayırıq və bu da əsl mənəviyyatın çöküşünə aparıb çıxarır. İki mükəmməl aktyorun baş rollarını ifa etdiyi bu film bütün yaxşı film siyahılarında öz layiqli yerini alır. 
 
Life Is Beautiful
Müharibə, qeyri-bərabərlik, haqsızlıq, qəddarlıq, vəhşilik .... Lakin bütün bunlara qarşı öz oğlunu qorumağa çalışan bir atanın böyük sevgisi. Bu filmə baxıb, təsirlənməmək qeyri-mümkündür. 
 
Her
Bu film haqqında fərqli fikirlər mövcuddur. Bəziləri əsəri heç bəyənməsə də, digərləri olduqca bəyənir, filmi son illərin  ən yaxşı ekran əsərlərindən biri hesab edir. Aktual mövzu - getdikcə virtuallaşan dünya probleminə tam fərqli aspektdən yanaşan əsərdə öz kompüteri ilə eşq yaşayan insanın kədərli hekayəsinə şahid oluruq. 
Xəbər 1129 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR