Hesablama Palatası maliyyə nəzarətini gücləndirməyi təklif edir

Hesablama Palatası maliyyə nəzarətini gücləndirməyi təklif edir

Hesablama Palatası "Büdcə sistemi haqqında" qanuna yenidən baxılmasını məqsədəuyğun hesab edir.


Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, qanunun təkmilləşdirilməsi maliyyə nəzarətini gücləndirmək və şəffaflığı artırmaq üçün lazımdır.

V.Gülməmmədov qeyd edib ki, 2015-ci ildə dövlət satınalınmaları, dövlət təşkilatları tərəfindən debitor borcun ödənilməsi zamanı bəzi nöqsanlar aşkarlanıb, bundan başqa, büdcə vəsaitlərinin məqsədyönlü olmayan istifadəsi aşkar edilib.

İclasın yekunu üzrə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Mili Məclisin plenar iclasında müzakirə edilmək üçün tövsiyə edilib.

Xəbər 528 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR