Donald Tramp 2024-cü ildə müvəffəqiyyətlə yenidən seçilməsəydi, uduzduğu 2020-ci il prezident seçkilərinin nəticələrini qeyri-qanuni olaraq ləğv etməyə cəhd etməkdə təqsirli bilinəcəkdi.
Aktual.az xəbər verir ki, bu barədə xüsusi vəkil Cek Smitin ABŞ mətbuatında dərc olunan hesabatında bildirilib.
Cek Smitin hesabatında bildirilir ki, "məqbul sübutlar məhkəmədə məhkumluğu əldə etmək və saxlamaq üçün kifayət idi”.
Donald Tramp isə hesabatın açıqlanmasından sonra vəkil Cek Smiti "azğın" adlandırıb.
Xəbər 67 dəfə oxunub.