Hərbiçilərimiz beynəlxalq yarışda iştirak edir

Hərbiçilərimiz beynəlxalq yarışda iştirak edir

İyulun 31-də Dağıstanın Kaspiysk şəhərində suüstü gəmi heyətlərinin “Xəzər kuboku – 2016” beynəlxalq hərbi-dəniz müsabiqəsinə start verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, “Beynəlxalq Ordu Oyunları – 2016” yarışları çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Qazaxıstan və Rusiyadan olan komandaların heyətində ümumilikdə 130 nəfər iştirak edir.

Qeyd edək ki, “Xəzər kuboku – 2016” üç mərhələdən ibarətdir. Bunlar gəmi silahının təyinatı üzrə istifadəsi, sağqalma uğrunda mübarizə, eləcə də dəniz vərdişləri və xilasetmə hazırlığı üzrə yarışlardır.

Müsabiqənin qalibləri avqustun 11-də müəyyən olunacaq.

Xəbər 262 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR