Hərbi zavoddakı partlayışda yaralanlardan daha biri dünyasını dəyişdi

Hərbi zavoddakı partlayışda yaralanlardan daha biri dünyasını dəyişdi

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərindəki "Telemexanika" Zavodunda baş vermiş partlayış nəticəsində xəsarət alanlardan daha biri Respublika Yanıq Mərkəzində vəfat edib.

Aktual.az xəbər verir ki, Yanıq Mərkəzindən APA-ya verilən məlumata görə, 1961-cı il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızı bu gün səhər saat 7 radələrində reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, iyulun 7-də zavodun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub, nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.

Baş verən hadisə zamanı 2 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

 
Xəbər 685 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR