Hərbi qulluqçulara verilən kirayə haqlarını artırmaq müzakirə edilib

Hərbi qulluqçulara verilən kirayə haqlarını artırmaq müzakirə edilib

Hərbi qulluqçulara verilən kirayə haqlarının məbləğinin artırılması təkilf olunur.

Aktual.az-ın  məlumatına görə, bu barədə Azərbaycan ombudsmanı Elmira Süleymanova Milli Məclisdə bu gün bir neçə komitənin iştirakı ilə keçirilən 2016-cı ilin büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, hazırda hərbi qulluqçulara kirayə haqqı olaraq rayonlarda verilən 30 manat, Bakı şəhəri üzrə isə 47 manat real vəziyyəti əks etdirmir: "Bu qiymətlərə nə rayonlarda, nə də Bakıda ev kirayələmək mümkündür".

E.Süleymanova bunu nəzərə alaraq hərbi qulluqçulara verilən kirayə haqlarının artırılmasını təklif edib.

Xəbər 684 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR