Ukraynanın Odessa vilayəti hərbi komissarlığının iki əməkdaşı cağırışıçıdan hərbi xidmətdən yayınmaq məqsədi ilə rüşvət alarkən tutulublar.
"Report" xəbər verir ki, bu haqda Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.
Yayılan informasiyaya görə, Odessa vilayətinin hərbi komissarı və əməkdaşı iki çağırışçıdan hərbi xidmətdən yayınmaq məqsədi ilə 1700 dollar pul tələb edib. UTX onları vilayətin hərbi komissarlığnın binasında, iş yerində rüşvət alarkən həbs edib.
Bu xəbəri Odessa vilayətinin başçısı Mixeil Saakaşvili də "facebook" səhifəsində təsdiqləyib: "Odessanın hərbi komissarı və əməkdaşı çağırışçıları şantaj etmək və onlardan rüşvət almaqda ittiham olunurlar".
Aktual.az