Hərbi hissədə yeni yaşayış binalarının açılışı keçirilib - FOTO

Hərbi hissədə yeni yaşayış binalarının açılışı keçirilib  - FOTO

Növbəti hərbi şəhərciyin ərazisində yeni tikilən 2 yaşayış binasının açılış mərasimi olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yeni tikilən beşmərtəbəli, hər biri 3 otaqlı, ümumilikdə 100 mənzilli binalar kommunikasiya xətləri ilə təchiz olunaraq mərkəzləşdirilmiş istilik sisteminə qoşulub.

Müasir standartlara cavab verən tam təmirli mənzillər mebel və lazımi avadanlıqla təchiz olunub. Ərazidə yarımstansiya, su anbarı tikilib, binaların ətrafına asfalt döşənib. Hasara alınmış yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində hərbi qulluqçular və onların ailə üzvləri qarşısında çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkə başçısı və nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edib.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi, komandanlıq heyəti və hərbi qulluqçuların ailə üzvləri ərazidə ağac və gül kolları əkiblər.
Mərasim iştirakçıları göstərilən qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Yeni mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Z.Həsənov yaradılan şəraitlə tanış olub.

Həmçinin həmin gün Müdafiə naziri hərbi hissə yaxınlığında tikintisi davam etdirilən təlim mərkəzi və atış poliqonunda da olub, inşaat işlərinin gedişatını yoxlayıb.

Xəbər 461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR