Türkiyədə hərbi çevrilişə cəhd edənlərdən birinin keçmiş futbol hakimi olduğu müəyyənləşib.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu, bir müddət yan xətt hakimi funksiyasını yerinə yetirmiş Murat Dağlıdır.
Dağlı ölkə prezidenti Rəcəp Tayyip Ərdoğanın Mərmərədə qaldığı oteldə əməliyyat keçirən helikopterin pilotu olub. Polkovnik-leytenant ləqəbli pilot "Skorski" markalı helikopteri idarə edib. Sabiq hakimin rütbəsi sökülüb və o, həbs olunub.
Qeyd edək ki, əslən Diyarbəkirdən olan Murat Dağlı 2000 - 2003-cü illərdə Türkiyə Super Liqası qarşılaşmalarına təyinat alıb.