Oktyabrın 19-dan 23-dək Brüssel şəhərində (Belçika Krallığı) tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq kursu, Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) isə konsepsiyaların hazırlanması və tətbiq edilməsi kursu keçirilir.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.