Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək
Aktual.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 30-dan dekabrın 4-dək Sarayevo şəhərində (Bosniya və Herseqovina) NATO-nun 2-ci regional kollektiv təlim planlaşdırma kursu, noyabrın 30-dan dekabrın 5-dək Belqrad şəhərində (Serbiya) ATƏT-in nazirlər şurasının növbəti görüşü, noyabrın 30-dan dekabrın 11-dək Vişkov şəhərində (Çexiya Respublikası) sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.