Martın 26-da İsveçrənin Lozanna şəhərində ABŞ Dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında növbəti görüş baş tutacaq.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentindən bildiriblər.
“Avropa İttifaqının koordinasiyası ilə keçirilən görüşdə İranın nüvə proqramı ilə bağlı danışıqlar davam etdiriləcək”, məlumatda deyilir.