Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasında çıxış edib.
Aktual.az xəbər verir ki, o, çıxışı zamanı Ukrayna, Suriya və Cənubi Qafqazdakı vəziyyətdən danışıb.
Ərdoğan bildirib ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi ilə Cənubi Qafqazda davamlı sülh və sabitliyin təminatı üçün tarixi fürsət pəncərəsi açılıb: "Türkiyə olaraq çox mühüm addımlar atdıq. Bölgədə ölkəmizlə sıx bağlı olan nəqliyyat əlaqələrinin açılması region ölkələri üçün mühüm inkişaf olacaq".
"Biz Türkiyə olaraq Azərbaycanla Ermənistan arasında gedən prosesləri dəstəkləmək üçün addımlar atmışıq. Son zamanlar baş verən münaqişələr bu gözəl iqlimə kölgə salsa da, biz hesab edirik ki, ən qısa zamanda iki ölkə arasında hərtərəfli sülh sazişi imzalamaq mümkündür. Biz Azərbaycanlı qardaşlarımızın hüquqlarının və gələcəklərinin qurulmasında hər zaman yanında olacağıq", - Ərdoğan deyib.
Xəbər 324 dəfə oxunub.