"Hər şey ədalətli olarsa, nəticə də ədalətli olar" -Novruz Məmmədov


“G-20 sammiti çərçivəsində ardıcıl iclaslar keçirilirdi, ona görə də görüşlər ayaqüstü olurdu. Azərbaycan prezidentiİlham Əliyevin ABŞ prezidentiBarak Obama, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri, Avropa Komissiyasının prezidenti, Malayziya baş naziri ilə görüşləri oldu”.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında da görüş keçirilib: “Bu görüş və qarşılıqlı səmimilik iki dövlət və prezident arasında səmimiliyin bir göstəricisi idi”.

Prezident Administrasiyası rəhbərinin müavini qeyd edib ki, Azərbaycanın məqsədi Avropa ilə, Qərblə sıx əməkdaşlıq olub: “Azərbaycan bu günə qədər postsovet, MDB məkanında Qərblə ən uğurlu əməkdaşlıq edən dövlətdir. Ancaq Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Yəni bizə münasibətdə ədalətli olsunlar. Son bir neçə ildə Avropada, ABŞ-da bəzi dairələr bizə ədalətsiz münasibət göstərdi və biz də buna münasibətimizi bildirdik. Biz deyirik ki, gəlin bir-birimizə qarşı ədalətli olaq. Bu gün dünyada müşahidə etdiyimiz hadisələr böyük dövlətlərin apardıqları siyasətin nəticəsidir. Hər şey ədalətli olarsa, nəticə də ədalətli olar”.

Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR