Aktrisa Beren Saat artıq "Kösəm Sultan" serialına daxil olub.
Aktual.az axşam.az-a istinadən xəbər verir ki, layihəyə 10-cu seriyadan sonra qatılması nəzərdə tutulsa da, şirkət reytinqlərdə irəliləyiş əldə etmək üçün aktrisanı 7-ci hissədə seriala çəkib.
B.Saat hər seriyaya görə 90 min lirə, təxminən 47 min manat qazanacaq. O, Kösəmi canlandıran Anastasia Thsilimpounu əvəz edəcək.