“Hər müsəlman bu faciəni öz dərdi kimi qəbul edir” - Moskva müftisi

“Hər müsəlman bu faciəni öz dərdi kimi qəbul edir”   - Moskva müftisi

4 yaşlı qızın Moskvanın şimali-qərbində qətli islam və müsəlmanlarla asossiasiya edilməməlidir.

Aktual.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Moskva müsəlmanlarının dini idarəsinin sədri, Moskvanın baş məscidinin imamı İldar Alyutdinovun bəyanatında deyilir.

“Söhbət tamamən qeyri-adekvat insandan gedir, ona görə də geyimlə bağlı və ya hansısa şüarlarla bağlı davranışı islam və müsəlmanlarla əlaqələndirmək olmaz”, - Moskvanın müftisi bildirib.

İldar Alyutdinov qətlə yetirilən qızın yaxınlarına başsağlığı verib və bəyan edib ki, “hər müsəlman bu faciəni öz dərdi kimi qəbul edir”.

Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR