“Hər iki hökumət danışıqlar masası arxasına oturmalıdır” - ABŞ

“Hər iki hökumət danışıqlar masası arxasına oturmalıdır”   - ABŞ

Dağlıq Qarabağ münaqişə zonasında atəşkəs rejiminin bərpa olunmasını alqışlayıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib. “Biz tərəflərin atəşin dayandırılmasına dair razılığa gəlməsini alqışlayırıq”, - deyə Tonert bildirib.

Onun sözlərinə görə, ABŞ Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinə qayıtmağa çağırıb.

“Hər iki hökumət ATƏT çərçivəsində Minsk prosesinə qayıtmalı və danışıqlar masası arxasına oturmalıdır”, - deyə o qeyd edib.

Toner jurnalistlərin ABŞ dövlət katibi Con Kerrinin Rusiya XİN rəhbəri Sergey Lavrovla bu yaxınlardakı danışığı zamanı Moskvanın proses iştirakçılarına təsir etməsi ilə bağlı çağırış edib-etməməsinə dair suallarına cavabında bildirib: “Rusiya Minsk Qrupunun üzvüdür, biz onunla daim məsləhətləşmələr aparırıq və, ümumiyyətlə, danışıqların bütün iştirakçılarını vəziyyətə təsir etməyə çağırırıq”.

Xəbər 392 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR