Hətta on minlərlə Şimali Koreya əsgəri iştirak etsə belə, Rusiya işğalçı ordusu Ukrayna cəbhə xəttini yarıb keçə bilməyəcək. Ancaq bu vəziyyətdə mübarizə aparmaq daha çətin olacaq.
Aktual.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi analitik, Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin sədri Sergey Kuzan Rusiyanın koreyalılardan ibarət Buryat xüsusi batalyonu yaratması haqda danışarkən deyib.
O qeyd edib ki, bu gün Ukrayna Müdafiə Qüvvələri tərəfindən rus işğalçıların məhv edilməsi sürəti son dərəcə yüksəkdir.
"Gün ərzində 1000-dən 1400-ə qədər rus əsgəri...”
Qeyd edək ki, "Voll Strit Jurnal" da Qərb kəşfiyyatına istinadla Rusiyanın sentyabr ayında gündəlik itkisinin 1200 nəfərə yaxın (ölü və yaralı) olduğunu bildirmişdi.
Xəbər 176 dəfə oxunub.