“Hər cür təhdidə hazır olmalıyıq...” - Hulusi Akar Azərbaycan-Türkiyə təlimində

“Hər cür təhdidə hazır olmalıyıq...” - Hulusi Akar Azərbaycan-Türkiyə təlimində

Türkiyənin müdafiə naziri Hulusi Akar Qarsda keçirilən "Qış-2021” təlimlərini izləyərkən jurnalistlərə açıqlama verib.

Nazir deyib ki, Türkiyə və Azərbaycan silahlı qüvvələri təchizatı ilə, peşəkar personalı ilə hər cür döyüş tapşırığını quruda, dənizdə, havada, qışda, yazda, dağda, düzənlikdə yerinə yetirəcək gücdə olduğunu sübut edib.

"Hər cür təhdidə və təhlükəyə qarşı hazırlıqlı olmalıyıq. Çünki təhdid və təhlükələrin sadəcə forması deyil, mahiyyəti də dəyişib”,- o bildirib.
Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR