"Hər bir ail məktəbin özünün tələbə yataqxanası olmalıdır.”
Bunu AzNews.az-a təhsil eksperti, professor Əjdər Ağayev Xırdalan şəhərində dəm qazından dünyasını dəyişən tələbələrin faciəli ölümünü şərh edərkən deyib. Onun sözlərinə görə, tələbələr yataqxanalarda həm yaşayır, həm istədiyi tədbirləri keçirir, həm də birgə sosial yaşayış qaydalarına alışırlar: "Ümumiyyətlə, yataqxana təkcə yaşamaq üçün deyil, gənclərimizin inkişafı üçün əhəmiyyətli vasitədir. Çox təəssüf ki, uzun müddətdir yataqxanalar tələbələrin əlindən çıxıb qaçqınların əhatəsinə keçib. Baxımsızlıq ucbatından yataqxanaların xeyli hissəsi köhnəldi, yararsız vəziyyətə düşüb, xaraba qaldı. Buna görə də yataqxana problemi öz lazımi həllini tapmadı.”
Əjdər Ağayev fikrincə tələbələrin yataqxana problemi təcili olaraq gündəmə gəlməli və məsələ həll olunmalıdır:
"Bunun üçün hələ gec qalmışıq. Təcili olaraq bu məsələ qaldırılmalı və hər bir universitet özünə yataqxana tikdirməlidir. Azərbaycanda tikinti işləri sürətlə gedir. Bu şəxsi maraqlarla bağlı olan məsələdir. Bütün şirkətlər gözəl binalar tikdiyi kimi, eyni zamanda, ali məktəblərə yardım da edə bilər. Həmin vəsait hesabına məktəblər yataqxana tikərlər. İnanıram ki, əgər şirkətlər vəsait versələr, tələblər özləri də yataqxanaların tikintisində iştirak edə bilər. Buna ürək yanğısı lazımdır.”
Aktual.az
Xəbər 284 dəfə oxunub.