İstanbula köçən azərbaycanlı aktrisa Könül Nağıyeva Məltəm Cumbuldan dərs alır.
Aktual.az axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda "ATV maqazin onlarla" verilişində danışıb.
Aktrisa bəyəndiyi aktyorların adını açıqlayıb:
"Səadət Aksoyu və Mert Fıratı bəyənirəm. Məltəm Cumbul kurs keçir. Ondan dərs almışam. İndi isə özəl dərslərinə gedəcəm. Aktrisalığı ilə yanaşı, qadın kimi də ondan xoşum gəlir. Danışığımı təkmilləşdirmək üçün kursa getməliyəm. "Dönüş" filmində türk dilində danışıram. 6-7 ay sırf türk dilində danışırdım. Çəkildiyim digər film "Kız kaçıran"dır. Bu, mənim ilk böyük komediya filmim olacaq. Eyni zamanda böyük bir layihə var, burada bir neçə ölkənin aktrisası yer alacaq. Bununla bağlı danışmağa icazə yoxdur".
K.Nağıyeva şəxsi həyatından bəhs edib:
"Hər bir qadının nəvazişə, oturub dərdləşəcəyi yaxın insanına ehtiyacı var. Bu, rəfiqə deyil. İnsanın ikinci yarı olmalıdır. Amma mən bu gün öz enerjimi və fikirlərimi işimə yönləndirmişəm. İşlərimi düzüb-qoşduqdan sonra şəxsi həyatım haqda düşünə bilərəm".