Şimali Koreya Sarı dənizin şimal hissəsinə xeyli sayda raket buraxıb. Bu, Cənubi Koreya və ABŞ müdafiə nazirlərinin iki Koreyanı ayıran silahsızlaşdırılmış zonaya birgə səfəri ilə üst-üstə düşüb.
	Aktual.az xəbər verir ki, bu barədə "Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, raketlərin buraxılışı ABŞ müdafiə naziri Pit Heqsetin demilitarizasiya zonasından cənubda yerləşən Bonifas düşərgəsinə gəlməsindən bir qədər öncə baş verib.
Qeyd edək ki, Şimali Koreya Kendju şəhərində Cənubi Koreya Prezidenti Li Çje Myonla Çin lideri Si Szinpin arasında görüş zamanı da 10 raket atmışı.				
 Xəbər 61 dəfə oxunub.