ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov dünən Vyanada həmsədr ölkələrin səfirləri də daxil olmaqla Minsk qrupunun iclasının keçirildiyini bildirib.
Ölkə.Az RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, iclasda verilən qərara əsasən Minsk Qrupunun həmsədrlərinin yenidən münaqişə zonasına səfəri planlaşdırılıb.
Səfərin dəqiq tarixi hələlik bəlli deyil.
Qeyd edək ki, həmsədrlər regiona sonuncu dəfə aprelin 5-də səfər ediblər.