Həmsədrlərdən Dağlıq Qarabağ danışıqları ilə bağlı - Bəyanat

Həmsədrlərdən Dağlıq Qarabağ danışıqları ilə bağlı   - Bəyanat

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçiliyə sadiq qalırıq”.


Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə ATƏT Nazirlər Şurasının Belqradda keçirilən iclasında Rusiya, ABŞ və Fransa nümayəndə heyətlərinin rəhbəri - Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desirin birgə bəyanatında deyilir.

“Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin təşkilatçılığı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkısyan arasında qarşıda gözlənilən görüşü dəstəkləyirik. Baş verən son gərginliklərin fonunda biz tərəfləri münaqişənin sülh yolu ilə həll prosesinə sadiqliyi təkrar nümayiş etdirməyə və sülh prosesində ciddi olmayan istənilən yanlış təsəvvürləri danışıqlar yolu ilə dağıtmağa çağırırıq. Tərəflər 2014-cü ildə hərtərəfli həlli nəzərdə tutuan Soçi, Uels və Paris görüşlərindəki danışıqları, 2016-cı ildə də hazırda danışılar prosesində olan təkliflər üzrə intensiv dialoqu davam etdirməlidirlər”, - deyə bəyanatda bildirilir.

Xəbər 571 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR