"ATƏT-in Minsk qrupunun həmsədrləri "Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması yolunda göstərilən səyləri alqışlayır və problemin sülh yolu ilə nizamlanmasına sadiq olanlarla birgə işləməyə hazır olduğunu bildirir".
Aktual.az "Report"a istinadən xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda belə deyilir.
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaxın gələcəkdə münaqişə ilə bağlı qətnaməni nəzərdən keçirə biləcəyini anlayırıq. AŞPA-ya, eləcə də digər regional və beynəlxalq təşkilatlara xatırladırıq ki, ATƏT-in Minsk qrupu danışıqlar üçün yeganə məqbul format olaraq qalır. AŞPA üzvlərinin marağını qiymətləndiririk və onları ATƏT-in Minsk qrupunun mandatını pozacaq addımlar atmamağa və ya davam edən danışıqları mürəkkəbləşdirməməyə çağırırıq", - deyə bəyanatda qeyd olunur.