ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Böyük Britaniya Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr aparmaq üçün Londona yollanıb.
Aktual.az-ın Trend-ə istinadən məlumatına əsasən, bu barədə amerikalı həmsədr özünün Tvitter səhifəsində yazıb.
"Britaniya Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr aparmaq üçün Londona yollandım", - deyə həmsədrin yazısında bildirilir.