"Azərbaycan bizim qardaşımızdır, dostumuzdur. 30 ildir danışıqlar aparılırdı, 1 milyondan çox qaçqını, məcburi köçkünü var idi, ərazisinin 20 %-i işğal altında idi”.
Aktual.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.
"Amma 30 il ərzində bütün bunları heç kim vecinə almadı. ATƏT-in Minsk qrupunun həmsədrləri 30 il gedib-gəlirdilər. Azərbaycanlı qardaşlarımız "artıq bəsdir" deyərək 44 günlük müharibə nəticəsində Azərbaycan ərazilərinin təhlükəsizliyini təmin edə bilib. Eyni zamanda qeyd etmək lazımdır ki, Cənubi Qafqazdakı durum sülh və əmin-amanlığın bərqərar olması baxımından Ermənistan üçün yaxşı fürsətdir”, deyə nazir bildirib.
Hulusi Akar Yunanıstanla bağlı da danışıb. Bildirib ki, Türkiyə dialoq və diplomatiya ilə yolu ilə həll etmək istəsə də, Yunanıstan tərəfindən qarşılıq almır:
"Yunanıstanın bizə masa arxasında deyəcək sözü yoxdur, biz haqlı və güclüyük. Yunanıstan silahlanma oyununu başlayıb, lakin biz görürük ki, bu silahlar ikinci əl silahlardı. Onları populist yanaşmadan çəkinməyə çağırırıq... Biz yunanlara deyirik ki, bizimlə müharibə etməyi düşünməyin, müharibə riyaziyyatdır, müdafiə üçün gücünüz çatar, amma bizə qarşı hücuma yox".
Ukrayna müharibəsinə toxunan nazir bildirib ki, Rusiya və Ukraynanın mövqeləri fərqlidir: "Taxıl sazişinin davam edəcəyini düşünürük. Rusiyanın Xarkova doğru hərəkətlənməsi ola bilər. Eyni zamanda nüvə riski də var”.
Xəbər 567 dəfə oxunub.