Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Gündüz Məhərrəmovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə hazırlıq iclası keçirilib.
Aktual.az xəbər verir ki, ötən il oktyabrın 16-da Xaçmaz RPŞ-nə Arzu kəndində qətl baş verməsi barədə məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, İlqar Novruzov (1972-ci il təv.) həmkəndlisi Gündüz Məhərrəmov tərəfindən bıçaqlanaraq öldürülüb. Şübhəli şəxs həmin gün saxlanılıb və istintaqa təqdim edilib.
Tutulan şəxsin sözlərinə görə, o Novruzovla dostluq edib, hadisə günü birlikdə yeyib-içəndən sonra sonuncu onun ünvanına ağır söyüşlər işlədib və buna görə qarşıdurma zamanı Gündüz İlqara bıçaqla xəsarətlər yetirib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış martın 2-ə təyin edilib.
Xəbər 939 dəfə oxunub.