Həmkəndlisini öldürən Xaçmaz sakini 16 il cəza alıb - (EKSKLÜZİV FOTO)

Həmkəndlisini öldürən Xaçmaz sakini 16 il cəza alıb - (EKSKLÜZİV FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Gündüz Məhərrəmovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Aktual.az xəbər verir ki, ötən il oktyabrın 16-da Xaçmaz RPŞ-nə Arzu kəndində qətl baş verməsi barədə məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, İlqar Novruzov (1972-ci il təv.) həmkəndlisi Gündüz Məhərrəmov tərəfindən bıçaqlanaraq öldürülüb. Şübhəli şəxs həmin gün saxlanılıb və istintaqa təqdim edilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, mərhumun bədən səthində 30-a yaxın dəşilmiş-kəsilmiş yaralar aşkar edilib.

Tutulan şəxsin sözlərinə görə, o Novruzovla dostluq edib, hadisə günü birlikdə yeyib-içəndən sonra sonuncu onun ünvanına ağır söyüşlər işlədib və buna görə qarşıdurma zamanı Gündüz İlqara bıçaqla xəsarətlər yetirib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza-çəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum olunub.
 



Xəbər 599 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR