"Həmin sıradan heç nə çıxarmaq mümkün olmadı"


Dünən axşam saatlarında Bakının Babək prospektində fəaliyyət göstərən "Maşın bazarı"nda baş verən yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib.

 Aktual.az Trend-ə istinadən  bildirir ki, bu barədə bazardakı sahibkarlar məlumat verib.

Sahibkarlar bildiriblər ki, hadisə nəticəsində bazarda olan 3 ticarət cərgəsinin birinci sırası tam, ikinci sıranın isə bir hissəsi yanıb: "Hadisə nəticəsində 60-dan çox mağaza və köşk tamamilə yanıb. Həmin sıradan heç nə çıxarmaq mümkün olmayıb. Ümumilikdə, 1000 kvadratmetrə yaxın ərazidəki bütün mağazalar yanıb".

Qeyd edək ki, dünən axşam saatlarında Bakı şəhəri, Nizami rayonundakı maşın bazarında mağazalardan birində güclü yanğın baş vermişdi. Hadisə yerinə 5-dən çox yanğınsöndürən avtomobil və qüvvə cəlb olunmuşdu.

Fövqəladə Hallar Nazirliyinin baş vermiş yanğın hadisəsi ilə bağlı ötən gün yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhəri, Nizami rayonu, maşın bazarında mağazalardan birində baş vermiş yanğın saat 22:59-da söndürülüb.

Xəbər 330 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR