Həmidə Ömərova: Həyat yoldaşımla dostam, amma qadın kimi xoşbəxt deyiləm

Həmidə Ömərova: Həyat yoldaşımla dostam, amma qadın kimi xoşbəxt deyiləm

"Biz sovet dövründə böyümüşük, ona görə də ulduz xəstəliyimiz yoxdur. İndi də sadə insanlar var, amma azdır. İnsana gərək ətrafdakılar dəyər versin. Bəziləri özlərini olduqlarından yüksək göstərməyə çalışırlar və buna nail olurlar. Həmin insanları mən "oxuyuram””.

Aktual.az-ın Axşam.az-a istinadla məlumatına görə, bu sözləri Xalq artisti Həmidə Ömərova deyib.

"Geriyə baxanda” verilişinin qonağı olan aktrisa "Demisiniz ki, xoşbəxt anayam. Amma qadın kimi xoşbəxt olmadım” sözlərinə belə cavab verib: "Bir dəfə etiraf etmişəm... Bir qadın kimi xoşbəxt ola bilmədim. Mən xoşbəxt ana və aktrisayam. İnsan həyatda hərtərəfli xoşbəxt ola bilməz. Mən həyat yoldaşımla dostam, bir-birimizi başa düşürük. Amma xoşbəxtlik başqa şeydir. Mən onu filmlərdə, rollarda oynamışam. Orada onun nə olduğunu hiss etmişəm. Reallıqdır, hər zaman nəyisə qurban veririk. Hər şeyi çatdırmaq mümkün deyil”.
 
Aktual.az
Xəbər 1005 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR