HƏMAS və İsrail vasitəçilər vasitəsilə Qəzzada atəşkəs razılaşması çərçivəsində azad edilməsi planlaşdırılan girov və məhbusların siyahısını bir-birinə ötürüb.
Aktual.az xəbər verir ki, bunu HƏMAS-ın rəsmi nümayəndəsi Tahir ən-Nunu deyib.
"Bu gün əvvəlcədən razılaşdırılmış meyarlara uyğun olaraq azad ediləcək girov və məhbusların siyahılarını mübadilə etdik”, - o bildirib.
HƏMAS nümayəndəsi qeyd edib ki, İsrailə verilən siyahılarda fələstinli məhbusların razılaşdırılmış sayı göstərilib, lakin tam olaraq neçə nəfərin azadlığa buraxılmasının tələb olunduğunu açıqlamayıb.
Xəbər 59 dəfə oxunub.