Moskva yaxınlığında İstra su anbarı üzərində havada helikopterlə yüngül mühərrikli hidroplan toqquşub.
Aktual.az xəbər verir ki, qəza nəticəsində azı 8 nəfər ölüb. "Sessna-206" hidroplanı və "Robinson" helikopteri arasında toqquşma yerli vaxtla saat 20:18-da baş verib. Qəza nəticəsində hər iki maşın suya düşüb.
Hadisə yerində işləyən xilasedicilər 8 nəfərin həlak olduğunu təsdiq ediblər.
Ölənlər arasında iki uşaq var, onların 8 və 14 yaşı olub.
İstintaq qəzanın səbəbini ilk növbədə pilotlardan birinin səhvə yol verməsində görür. (publik.az)