"Hələlik internet bazarında ciddi qiymət artımı üçün əsaslar yoxdur" -Osman Gündüz


“Ölkədəki bahalaşma internet məkanına da təsirsiz ötüşməyəcək”.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, provayderlər qiymət artımı üçün fürsət gözləyir: “Artıq bir neçəsi elan verib ki, qiyməti artıracaqlar. Azərbaycanın əsas internet təsisçisi “Delta Telekom” rəsmi açıqlama verib ki, hələlik internetin topdan satış qiymətini artırmayacaq. Bütün provayderlər də interneti həmin şirkətdən alır. Düşünürəm ki, hələlik internet bazarında ciddi qiymət artımı üçün əsaslar yoxdur. Çünki topdan satış qiymət stabil olaraq qalır”.

O.Gündüz qeyd edib ki, internet qiyməti qonşu ölkələrlə müqayisədə Azərbaycanda yüksəkdir: “Müqayisə üçün deyim ki, bizdə internet istifadəçilərinin də sayı azdır. Kompyüterin satışı, İT avadanlıqları ilə bağlı sektorda zəiflik müşahidə olunur. Əhalinin pul gəlirləri az olanda bu cür şeylərin alınmasına az diqqət yetirilir. Ona görə bu bazarda müəyyən qədər enmə müşahidə olunur”.

O.Gündüz hazırda İT şirkətlərində ciddi ixtisarlar olduğunu deyib: “İT şirkətlərində müəyyən ixtisarlar gedib. Biz bunu müşahidə edirik, artıq bir sıra şirkətlər işçilərini 30 faiz ixtisara salıb. Bunun da səbəbi var. Bizdəki İT şirkətlərinin əsas gəliri dövlət sifarişləri idi. Dövlət sifarişlərinin azalması səbəbindən İT şirkətlərində böhran yaranıb”.

Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR