Suriya Müdafiə Nazirliyi Hələbdə atəşkəs elan edib.
Aktual.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin Teleqram kanalında məlumat yayılıb.
"Atəşkəs yerli vaxtla saat 03:00-da (Bakı vaxtı ilə saat 04:00) qüvvəyə minib”, - məlumatda deyilib.
Müvafiq qərar şəhərdəki vəziyyəti yumşaltmaq məqsədilə verilib.
Qeyd edək ki, Suriya ordusu Hələbdə antiterror əməliyyatına başlamışdı.
Xəbər 74 dəfə oxunub.