Suriya hakimiyyəti Hələbin 95%-dən çox ərazisinə nəzarət edir.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müharibə edən tərəflərin barışıdırılması üzrə mərkəzinin mətbuat xidmətindən bildiriblər.
"Keçən sutka ərzində Suriyanın hökumət qüvvələri tərəfindən Hələbin şərq hissəsində üç kvartal – Şeyx-Said, Kərim-Hum vvə Əl-Makamad terrorçulardan azad edilib”, - məlumatda deyilir.
Bundan başqa, mərkəzdə şəhərin şərq hissəsindəki kvartalların ümumi sahəsinin 10 kvadrat km-dən çox olmadığı bildirilib.
Müharibə edən tərəflərin barışdırılması üzrə mərkəzdən, həmçinin Suriya ordusu tərəfindən azad edilməsi üzrə əməliyyat başlayandan indiyə qədər şəhərin şərq rayonlarından 40484 uşaq olmaqla, 100 mindən çox dinc sakininin çıxarıldığı bildirilib. Şəhərin qərb hissəsində yerləşən və yaraqlılardan azad edilən rayonların kvartallarına 5100 sakin öz evinə qayıdıb.
Həmçinin Suriya hakimiyyətinin nəzarət etdiyi rayonlarda 2215 yaraqlının çıxaraq təslim olduğu bildirilir. Suriya prezidentinin əmrinə müvafiq olaraq, 2137 yaraqlı əfv edilib, digərlərinə qarşı yoxlama işləri aparılır.
Aktual.az
Xəbər 798 dəfə oxunub.