“Qarşıdan gələn parlament seçkilərində iştirak edib-etməyəcəyimlə bağlı qəti qərara gəlməmişəm. Hələ bilmirəm, namizəd olacam, ya yox. Ola bilər namizədliyi irəli sürüm, ola bilər sürməyim. Bunu zaman göstərəcək”.
Bu sözləri Aktual.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov söyləyib.
O, bildirib ki, qarşıdakı seçkilər bundan öncəki seçkilər kimi, şəffaf və obyektiv olacaq:
“İnanıram ki, qarşıdakı seçkilər də bundan öncəki seçkilər kimi, obyektiv və şəffaf keçəcək. Layiqli, seçicilərin etimadını qazanmış namizədlər parlamentə mandat qazanacaq”.
Adnan, Aktual.az