Həkimlər xəbərdarlıq etdilər — Ən təhlükəli kokteyl alkoqol və enerji içkisidir

Həkimlər xəbərdarlıq etdilər — Ən təhlükəli kokteyl alkoqol və enerji içkisidir

Kanadalı alimlər yeni araşdırma aparıblar.

"Ölkə.Az" xəbər verir ki, nəticələrə əsasən enerji içkisi və alkoqolun qarışığı ciddi zədələrə səbəb olur. Belə bir kokteyl ürək əzələlərini bir neçə dəfə daha sürətli vurmağa məcbur edir. Bu isə ürəyin fəaliyyətinə mənfi təsir göstərir.

Bundan başqa, belə bir kokteyl insanı yuxuya sövq edir və hissiyatını zəiflədir. Bu səbəbdən belə kokteyl həvəskarları ciddi zədə alma təhlükəsi ilə üz-üzədirlər. Alimlərin tədqiqatı sübut edib ki, kokteylin tərkibindəki alkoqol bədən idarəetməsini zəiflədir, enerji içkisi isə düşünülməmiş addımlar atmağa sövq edir.

Bu səbəbdən alkoqol-enerji içki qarışığı xoşlayanlar dava-dalaşa meylli olurlar.
 
Aktual.az
Xəbər 644 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR