Respublikanın avtomobil yollarında həftə sonunda 8 yol qəzası olub, 3 nəfər ölüb və 11 nəfər xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 196 cinayət faktı qeydə alınmış, onların da 42-si "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub. Bundan başqa, axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Həmçinin cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.
Xəbər 623 dəfə oxunub.