Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Aktual.az report-a istinadən xəbər verir ki, VI turun oyunçusu seçilməyə 8 oyunçu iddialıdır.
Seçim Branislav İvanoviç ("Zenit", Rusiya), Manuel Fernandeş ("Lokomotiv", Rusiya), Marin Aniçiç ("Astana", Qazaxıstan), Junior Moraeş ("Dinamo" Kiyev, Ukrayna), Oqnen Vranyeş (AEK, Yunanıstan), Arits Adurits ("Atletik", İspaniya), Cek Uilşir ("Arsenal", İngiltərə) və Harlem-Eddi Nyoer ("Styaua", Rumıniya) arasında aparılacaq.
Qeyd edək ki, azarkeşlər arasındakı səsvermə dekabrın 9-da yekunlaşacaq.
Xəbər 394 dəfə oxunub.