Bakının Süleyman Rüstəm küçəsində təmir işləri davam etdirilir
Bakı şəhərinin Nəsimi rayonundakı Süleyman Rüstəm küçəsində təmir işləri davam etdirilir.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, uzunluğu 220 metr təşkil edən küçədə beton səki daşları mərmər səki daşları ilə əvəzlənib, köhnə asfalt-beton örtüyünün qaşınması başa çatdırılıb. Artıq bu gün səhər saatlarından yeni asfalt-beton örtüyünün döşənməsinə başlanıb. Sabahdan etibarən kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsinə başlanması nəzərdə tutulub.